62 yaşlı qadına təcavüz edən gənc edam olundu - İRANDA- FOTO
29-08-2017 16:49

İranda 62 yaşlı qadına təcavüz edən 29 yaşlı gənc edam edilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Murad adlı 29 yaşlı müttəhim 2016-cı ilin aprelində Kərəcin Xələcabad məntəqəsində Müjgan adlı bir qadının mənzilinə girməkdə, onun əl-qolunu bağladıqdan sonra təcavüzdə və onun pul və qızıllarını oğurlamaqda ittiham olunurdu.
İstintaqda Müjganın mənzildə tək qaldığını qabaqcadan öyrəndiyini deyən müttəhim oğurluq planını əvvəlcədən hazırladığnı etiraf edib. Gənc müttəhim avqustun 28-i sübh saatlarında İranın Kərəc şəhərinin Rəcayişəhr zindanında dara çəkilib.