32 yaşlı kişi narkotikdən zəhərlənərək öldü - BAKIDA

Baxış sayı:
2720

Bakıda ölüm hadisəsi baş verib. Muxalifet.az apa-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Rayon sakini, 1987-ci il təvəllüdlü Cəbrayılov Mehman Teyyub oğlu yaşadığı evdə ölü tapılıb. Meyitin ilkin müayinəsi zamanı M. Cəbrayılovun narkotikdən zəhərləndiyi məlum olub. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.