26 yaşlı Şəmkir sakini baltalanıb
16-11-2017 00:22

Şəmkir sakini qonşusuna balta ilə xəsarət yetirib. "Report"un məlumatına görə, hadisə Kür qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1991-ci il təvəllüdlü Bilal Tapdıq oğlu Əmiraslanov qonşusu tərəfindən balta ilə vurulub.
Başından ağır yara alan B.Əmiraslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.