24 yaşlı gənc əsgərə getməmək üçün görün nə etdi: 81 yaşlı qadınla... - FOTOLAR

Ukraynada 24 yaşlı gəncin əsgərə getməmək üçün tapdığı çarə hamını təəccübləndirib.
Muxalifet.az xarici mediaya istinadən bildirir ki, Aleksandr Kondratyuk əsgərlikdən xilas olmaq üçün 81 yaşlı əlil əmisi qızı ilə evlənib.
Ukrayna qanunlarına görə əlil həyat yoldaşına baxmaq məcburiyyətində olan şəxslər əsgərlikdən azad edilir.
Bu qanundan yararlanmaq istəyən Aleksandrın evləndiyi qadınla arasında 57 yaş fərq olması vəziyyəti şübhəli hala gətirib. Jurnalistlər qadına baş çəkərək məsələnin mahiyyətini öyrənməyə çalışıblar. Qadın isə Aleksandrın çox yaxşı bir ər olduğunu deyib. Lakin qonşular onu qadının evində heç görmədiklərini bildiriblər.
Hüququşünaslardan bəziləri rəsmi olaraq nikahda olduğu müddətcə Aleksandrı əsgərliyə aparmağın düzgün olmayacağını deyirlər. Bəzi mütəxəssislər isə məsələ ilə bağlı iş qaldırılmasını və məhkəmədə qonşuların şahid qismində dinlənilməsini doğru hesab edirlər.