23 yaşlı qızı girov götürən şəxs snayperlə güllələnib
29-08-2017 17:54

İrəvanda bilyard salonunda 23 yaşlı qız girov götürülüb.
“news.am”-ın verdiyi məlumata görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Polisin tələbinə cavab verməyən şəxs girovu öldürəcəyi ilə hədələyib. Bundan sonra o, polisin snayper tüfəngindən açdığı atəşlə zərərsizləşdirilib.
Ağır yaralanan şəxs xəstəxanada ölüb.
Girov götürülmüş qız da xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin baş verdiyi bilyard salonu bağlanıb, polis araşdırma aparır.
İnsidentin motivi hələlik məlum deyil.