​"Zirə" Türkiyəyə 21 futbolçu ilə yollanacaq

Baxış sayı:
10024

“Zirə” futbol klubu iyulun 19-da təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Bolu bölgəsinə yollanacaq.
Klubdan “Report”a verilən məlumata görə, baş məşqçi Ayxan Abbasov səfərə 21 futbolçu aparacaq. Onlardan ikisi – Tapdıq Əhmədov və Əmrah Bayramov əvəzedici heyətin üzvləridir. Qəsəbə təmsilçisi hazırlıq dönəmində 4 yoxlama oyunu keçirəcək.
“Zirə” iyulun 20-də Qətərin “Əl-Xaritiyah”, 23-də Türkiyənin “Osmanlıspor”, 27-də isə “Eskişehirspor” komandaları ilə qarşılaşacaq. İyulun 30-u üçün nəzərdə tutulan matçdakı rəqib isə hələ bəlli deyil. Komanda avqustun 1-də Bakıya qayıdacaq.
Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” Avstriyada, Avropa Liqasında mübarizə aparan "Qəbələ” Sloveniyada, "Neftçi” Boluda, "Keşlə” isə Ankaranın Kızılcahamam bölgəsində təlim-məşq toplanışı keçib. "Səbail” klubu iyulun 10-dan Kızılcahamamda, “Sumqayıt” və “Sabah” isə iyulun 16-dan Boluda məskunlaşıb.