Zaxarova açıqladı: İŞİD-çilərə silah daşınır...
23-08-2018 19:30
Baxış sayı:
2074

Əfqanıstandakı İŞİD və Taliban döyüşçülərinə helikopterlərlə silah daşındığını müəyyən etdik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, helikopterlərin mənsubiyyəti ilə bağlı məlumatların olmadığını bildirib:
“Əfqanıstan mətbuatının və yerli sakinlərin bildirdiyinə görə, bu helikopterlərin uçuşu son dönəmlər Saripul şəhərində müşahidə edilib. Bu hadisələrin Mərkəzi Asiya ölkələrinin sərhəd bölgələrində baş verdiyini görürük”.