Zamirə Hacıyevanın şansı yoxdur. Yolu yalnız həbsxanayadır! SENSASİON ŞƏRH

Baxış sayı:
4519

Böyük Britaniyada ölkə tarixində çirkli pulların yuyulmasına qarşı misli görünməmiş mübarizə başlayıb. Qaçqın məmur və oliqarxları qorxuya salmış yeni qanunun ilk qurbanı Azərbaycan Beynəlxalq Bankının keçmiş başçısı Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva olub. Nəyə görə britaniyalı müstəntiqlər məhz Zamirə Hacıyevanı seçiblər? Onu və onun milyonlarını indi hansı aqibət gözləyir? Bu və digər suallara “Exo Moskvı” radiostansiyasının saytındakı bloqunda məşhur rusiyalı vəkil Anton İmennov cavab verib. Virtualaz.org A.İmennovun məqaləsinin tərcüməsini ixtisarsız və hər hansı dəyişikliksiz diqqətinizə çatdırır.


Anton İmennov

Hacıyevanı investor vizası ilə yaşadığı Londonun polis əməkdaşları saxlayıblar. Maraqlıdır ki, bu Böyük Britaniyada müəyyən edilməmiş mənşəli əmlaka order çərçivəsində var-dövlətin mənbəyinin araşdırılmasının ilk presedentidir.

Baş verənləri kənardan izləyənlər və təfərrüatlarına varmayanlar üçün Hacıyevanın həbsi gözlənilməz xəbər oldu. Bəzi nüfuzlu hüquqşünaslar hətta belə bir fikir irəli sürürdülər ki, Britaniyadakı oliqarxlar üçün müəyyən edilməmiş mənşəli əmlaka orderlər üzrə təcrübə formalaşmayana qədər qorxulu heç nə yoxdur. İndi hamı cəsarətini toplamalı və etiraf etməlidir ki, artıq “əvvəlki kimi” olmayacaq və oliqarxlar üçün sakit, möhkəm yuxu zinətə çevrilir, halbuki ən ümdə məsələ şəxsi əmlakın, son nəticədə isə azadlığın xilasıdır. Söhbət fiziki azadlıqdan, azad yerdəyişmə imkanlarından və s. gedir. Sakit yatmaq isə müvafiq dərman vasitələri olduğu təqdirdə həbsxanada da mümkündür.


Zamirə Hacıyeva bu malikanədə yaşayır

Aydındır ki, xanım Hacıyeva “günah keçisi” kimi seçilməyib – o, Rusiya və keçmiş sovet respublikalarından gəlmiş, dövlətlə bağları mövcud olan oliqarxlardan birincisidir, lakin heç bir halda təsadüfi, yaxud asan qurban deyil. Britaniya ədalət məhkəməsinin potensial məqsədlərinin assosiativ sırasını davam etdirmək və eyni zamanda, onların konkret adlarını və varidatlarının məbləğini qeyd etməmək olar, lakin bir şey aydındır ki, onların adı legiondur. Bu müəyyən bir sərhəddir və belə demək mümkünsə, varlı rusların Londonqradda və onun təmtəraqlı şəhərkənarında “nüfuzlu” poçt indeksləri olan ünvanlarda qayğısız və gözəl həyatlarının sonunun başlanğıcıdır, başqa sözlə, ən azı nümayişkaranə istehlak dövrünün bitməsidir.

Beləliklə, Zamirrə Hacıyevanın əhvalatı yüngül və romantik şəkildə, Dolce vita-nın ən yaxşı ənənələri üzrə başlamışdı. London üçün hava qeyri-adi dərəcədə isti idi. Xanım Hacıyevanın əhvalı “Harrods” univermağından çıxarkən əla idi, o tanış emblemli yaşıl paketi əlində tutaraq, yolun o biri tərəfindəki “Caffe Concerto” adlı italyan qəhvəxanasına tələsirdi.

Güman etmirdi ki, məhz həmin dəqiqələrdə onun VİP-müştəri kartında 2006-cı ildən bəri univermaqda 16 milyon funt sterlinq xərcləməsi barədə məlumat Cinayətkarlığa Qarşı Milli Agentliyə ötürülür və orada xidmətin zabiti monitora diqqətlə baxaraq səliqə ilə zəruri olan sənədi doldurur. Həmin sənədə isə bu məlumatlar daxil edilmişdi:


Zamirə Hacıyeva

- Hacıyeva Azərbaycanda nüfuzlu siyasi xadimin həyat yoldaşıdır.

- Hacıyeva bankın buraxdığı 35 kredit kartından istifadə edib və nəticədə, bank qarşısında nəhəng borc yaranıb (2006-cı ilin sentyabr ayından 2016-cı ilin iyun ayına qədər 16 milyon funtdan artıq).

- Hacıyeva “Harrods” mağazası kartlarının sahibləri üçün güzəşt proqramı çərçivəsində alışlar üçün kart məlumatlarından istifadə edib.

- Hacıyevanın əri 2001-ci ilin mart ayından 2015-ci ilin mart ayına qədər Avropa iqtisadi zonasına daxil olmayan ölkələrdən birində bankın idarə heyətinin sədri vəzifəsini tutub ki, həmin bankın əsas səhm saxlayıcısı dövlətdir. Daha sonra o istefaya gedib və 2015-ci ilin dekabr ayında öz ölkəsinin ərazisində həbs olunub. 2016-cı ilin oktyabr ayında o, vəzifə səlahiyyətlərini aşma, dələduzluq və mənimsəmədə ittiham edilərək 15 il müddətinə həbs cəzasına məhkum olunub. Bundan başqa, o, bankın xeyrinə 39 milyon ABŞ dolları həcmində cərimələnib.

- Hacıyeva 2016-cı ilin iyun ayında bankın fəaliyyətinin araşdırılması ilə əlaqədar qiyabi həbs edilib və axtarışa verilib.

- Onun bəyan edilmiş gəlirlərinin məbləği Naytsbric kimi nüfuzlu rayonda evin, Askotda qolf-klubun alınması, biznes-jetlərin icarəsi, “Boucheron” və “Van Cleef & Arpels” bahalı zinət əşyalarının, saatların və kolleksiya fransız şərablarının alışı ilə müqayisəedilməzdir.

Sonra o, sənədi rəsmiləşdirir, qeydiyyatdan keçirir, 1 sıra nömrəsi ilə işarələyir və cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında 2002-ci ildə qəbul edilmiş 362A Qanununun əsasında mənşəyi müəyyənləşdirilməmiş əmlaka order haqqında ərizə yazır. Sənəd inzibati işlər üzrə ingilis məhkəməsinə yollanır. Yarım ildən azca çox müddət keçir və məhkəmə ilk dəfə bu cür ərizəni təmin edir.

2017-ci ilin sonlarında İngiltərə və eyni zamanda dünya hüquq reallığında qəribə və yeni “Unexplained Wealth Order”, yaxud sadəcə “Order” adlı alət peyda oldu. Bu məfhum 2017-ci ilin kriminal maliyyə haqqında qanununun 1 və 2 saylı maddələri ilə tətbiq edilmişdi. Lakin bir çox ekspertlərdə həmin bu “Order”lə bağlı bir bədbinlik vardı – onlar inanmadılar ki, Kraliçanın istintaq orqanları hr hansı bir şəxsi məcbur edə bilərlər ki, hər hansı əmlakda payının xarakteri və ölçüsü barədə, həmçinin bu payın hansı yollarla əldə edilməsi barədə məlumat versin.


Bu univermağda Zamirə Hacıyeva 16 milyon funt xərcləyib

Orderin tələbinin şamil olunduğu subyekt bu tələbləri yerinə yetirmədiyi halda isə həmin əmlaka potensial olaraq mülki məhkəmə işi yolu ilə tədbir yönəldilə bilər. Orderin verilməsi üçün məhkəmənin müəyyənləşdirməli olduğu konkret xüsusların siyahısı isə 2002-ci ilin cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında qanununun 8-ci hissəsində əksini tapır.

Bunlar aşağıdakılardır:

- konkret şəxs dəyəri onun bəyan etdiyi gəlirin məbləğindən xeyli çox olan əmlaka sahibdir.

- həmin şəxs eyni zamanda PEP statusuna malikdir. Yəni nüfuzlu siyasi simadır və onu 362B maddəsinin 7-ci hissəsinin (a) bəndi “üzərinə Böyük Britaniya və AİZ-ə daxil ölkələr xaric dövlət, yaxud beynəlxalq təşkilat tərəfindən publik xarakterli vacib funksiyalar qoyulmuş şəxs” kimi xarakterizə edir.

- aktivlərinin dəyəri 50000 funtu ötür.

Sonradan iş Supperstoun soyadlı hörmətli ingilis hakimin əlinə düşür. O, ərizə ilə diqqətlə tanış olur və cavabdehi xəbərdar etmədən 2009-cu ildə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş və bu iş üzrə əhəmiyyəti olan bütün müddətdə cavabdehə və onun ərinə benefisiar mülkiyyət qismində məxsus olmuş şirkət tərəfindən alınmış bir daşınmaz əmlak obyekti barədə Order verir.

Hacıyeva tez-tələsik məşhur kral vəkili Ceyms Lyuisi və onun kiçik həmkarı Ben Uotsonu tutaraq hüquqi hücuma keçir və aşağıdakı əsaslarla Orderin ləğvi üçün vəsatət qaldırır:


Cahangir Hacıyev

1. Onun əri qanunun müəyyənləşdirdiyi nüfuzlu siyasi xadim tələbinə cavab verməyib;

2. Məhkəməyə onun ərinin fəaliyyəti barədə çox təhrif edilmiş məlumatlar ötürülüb, ələlxüsus bu cavabdehin qanuni yolla əldə etdiyi gəlirin baxılan daşınmaz əmlak obyektini almağa yetərli olmaması iddiasına aiddir;

3. İstintaq onun ərinə qarşı irəli sürülmüş ittihamı Orderin verilməsi üçün əsas kimi təqdim edə bilməz;

4. Sübuta yetirilmənin müəyyən olunmuş standartlarına riayət olunmayıb;

5. Cinayət məsuliyyəti ilə bağlı xəbərdarlıq Orderə haqsız olaraq əlavə edilib;

6. Orderin verilməsi cavabdehin Avropa İnsan Haqları Konvensiyasının 1 Protokolunun 1 maddəsi ilə nəzərdə tutulmuş hüquqlarını pozur;

7. Orderin verilməsi şahidlik immunitetini pozur: özünə qarşı ifadə verməmək və həyat yoldaşına qarşı ifadə verməmək hüququ pozulur.

8 Bütün bu hallar nəzərə alınmaqla belə bir nəticəyə gəlmək olar ki, məhkəmə öz səlahiyyətlərini aşıb.

İngilis məhkəməsi qərarını verir və cavabdehin Orderin ləğvi ilə bağlı vəsatətini təmin etmir, bununla birlikdə nümayişkaranə istehlak həvəskarları üçün çox maraqlı arqumentlər və əsaslar gətirir. Misal üçün:

- Hakim Supperstoun 2015/849/EU direktizində ehtiva edilən “nüfuzlu siyasi xadim” və “dövlət müəssisəsi” terminlərinin geniş anlamını tətbiq edərək qərara alıb ki, Orderin verilməsi üçün cavabdehin əri nüfuzlu siyasi xadim olub, çünki 2001-2015-ci illərdə səhmlərinin 50-60%-nin Azərbaycan Maliyyə Nazirliyinə məxsus olduğu və nəzarətinin və həmin qurum tərəfindən həyata keçirildiyi bankın İdarə Heyətinin sədri vəzifəsini tutub. Müvafiq olaraq, cavabdehin ərinin üzərinə dövlət (beynəlxalq təşkilat) tərəfindən publik xarakterli mühüm funksiyalar qoyulub. Cavabdehin əri nüfuzlu siyasi xadim olduğu üçün eyni status cavabdehə də şamil edilir. Bir daha – belə demək mümkünsə, nüfuzlu siyasi xadim statusu ərindən həyat yoldaşına keçərək, onu da bir tərəfdən toksik edir və digər tərəfdən, bu qanun qarşısında cavabdeh vəziyyətinə salır.

- Hakim Supperstoun qərara alır ki, bu işdə hər hansı istisna yoxdur ki, ingilis məhkəməsinə xarici məhkəmə tərəfindən, hətta bu ciddi qanun pozuntuları ilə olsa belə, çıxarılmış hökmün mövcudluğu faktını əsas götürərək hərəkət etməyə mane olsun. Baxılan xarici dövlətin cinayət məhkəməsi sistemində ciddi çatışmazlıqların olması faktı hamıya məlum həqiqət olsa da. Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik istintaq dövründə cavabdehin ərinə qarşı cinayət işinə ədalətli baxılıb-baxılmamasını müəyyən etməyə borclu deyil. İstənilən halda, məhkəməyə bu cinayət işinə aid olmayan sübutlar təqdim edilib ki, bunlar cavabdehin ailə üzvlərinin adına 35 kredit kartının buraxılması yolu ilə bank vəsaitlərinin oğurlanması ittihamlarını əlavə olaraq sübuta yetirir.

- Hakim Supperstoun həmçinin qırara alıb ki, əgər cavabdehin Avropa İnsan Haqları Konvensiyasının 1 Protokolunun 1 maddəsi ilə nəzərdə tutulmuş hüquqları pozulubsa belə, bu pozulma işin xüsusları ilə müqayisəyəgəlməz dərəcədə əhəmiyyətsizdir. Müəyyən edilib ki, əmlak cavabdeh və onun əri tərəfindən qanunsuz hərəkətlər nəticəsində əldə edilib və müvafiq olaraq, hüquqların pozulması məhdud xarakter daşıyır. Order cavabdehdən yalnız bir obyekt barədə məlumatların verilməsini tələb edir.

- Daha sonra hakim Supperstoun qərara alıb ki, Orderin verilməsi özünə qarşı, yaxid ərinə qarşı ifadə verməmək kimi haqları pozmur, çünki mülki prosesdə sübutlar haqqında 1968-ci ilin Qanununun 14-cü maddəsinin 1-ci bəndinə əsasən, bu hüquqlar yalnız ingilis qanunvericiliyinə görə cinayət hüquq pozuntularının baxılmasında keçərlidir. İşin materiallarında isə cavabdehə və onun ərinə ingilis hüququ üzrə cinayət ittihamının irəli sürülməsi barədə sübutlar yoxdur.

- Ümumilikdə, hakim Supperstoun qərara alıb ki, Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentlik 2002-ci ilin cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında Qanununda nəzərdə tutulmuş Orderin verilməsi üçün şərtlərə əməl edib, cavabdehin hüquqlarının pozulması isə müqayisəli xarakter daşıyır və Orderin ləğvi ilə bağlı vəsatət təmin edilmir.

Hakim Supperstounun qərarı ingilis məhkəmələrinin Orderə müraciət edən hüquq-mühafizə orqanının hansı xüsusları sübuta yetirməli olduğunu təsbit edən ilk izahatdır. O ki qaldı bu institutun effektivliyinə, faktiki olaraq, gözlərimizin önündə hüquqi inqilab və günahsızlıq prezumpsiyasının transformasiyası baş verir – indi Böyük Britaniyada əmlakı olan, lakin onu yeni riskləri nəzərə almadan qeydiyyatdan keçirmiş və Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyin suallarına cavab vermək iqtidarında olmayan hər hansı BTV, VEB, Sberbank, Qazprombank və digər bankın şərti rəhbəri həmin əmlakla vidalaşmağa mənəvi cəhətdən hazır olmalıdır.

Abr
amoviç Londonu vaxtında tərk edib

Özü də MDB ölkələrinin hakim elitasina aid olmaq əvvəlcədən ağırlaşdırıcı hal kimi nəzərdən keçirilir. Və Britaniya isteblişmenti ilə heç bir əlaqə kömək etməyəcək. Budur, misal üçün, Roman Abramoviç kimi məşhur iş adamı-investor bunu vaxtında dərk etdi. Buna görə də, investor vizası uğrunda sona kimi mübarizə aparmadan hələlik İsraildə məskunlaşıb. Görünür, onun “Çelsi” futbol klubundakı maraqlarını frontmen təmsil edəcək. İstisna olunmur ki, bu Çexiyanın ən iri investisiya fondunun top-meneceri olacaq. Ona isə “Unexplained Wealth Order” şamil edilmir.

Suallara hazırlaşmaq olarmı? Əlbəttə, olar. Lakin bu barədə növbəti yazıda.