Yaponiyanın baş naziri üzünü ABŞ-a tutdu: “BÖYÜK ZƏRƏR VERƏCƏK!”
21-07-2018 15:39
Baxış sayı:
4576

Muxalifet.az xəbər verir ki, Yaponiyanın baş naziri Şinzo Abe ABŞ prezidenti Donald Trampın gömrük vergiləri ilə bağladığı ticarət müharibəsi barəsində deyib: “Məhdudlaşdırıcı tədbirlər təkcə ABŞ iqtisadiyyatına deyil, eyni zamanda dünya iqtisadiyyatına da böyük zərər verəcəkdir”.
O, ABŞ-n avtomobil idxalına yüksək gömrük tariflərinin mənfi nəticələnəcəyindən bəhs edərkən deyib: “Yaponiyanın avtomobil və avtomobil ehtiyat hissələri sənayesi Amerikanın milli təhlükəsizliyini əsla təhdid eləməyib və eləməyəcək”.