YALAN AYAQ TUTSA DA, YERİMƏZ... - Bəylər Əliyevin cavabına reaksiya

Baxış sayı:
793

Hörmətli redaksiya. Mənim Saatlı Mədəniyyət Mərkəzində baş verən saxtakarlıqlar, dövlət vəsaitinin mənimsənilməsi barədə yazdığım  tənqidi məqaləni dərc etdiynizə görə minnətdarlığımı bildirirəm. Üstəlik, qarşı tərəfin də münasibətinə yer ayırmısınız. Bu, sizin obyektivliyinizin, məsələlərə hərətərli yanaşmanızın sübutudur. Bəli, çox sevindim ki, siz Saatlı Mədəniyyət Mərkəsinin direktoru Bəylər Əliyevin cavabınaı dərc etmisiniz. Bir daha təşəkkür. Bununla kiməsə qarşı qərəzli olmadığınızı, hər iki tərəfin münasibətinə obyektiv yanaşmanızı təsdiqlədiniz. Sizin simanızda əsl obyektiv, qərəzsiz media gördüm. Bir daha təşəkkür edirəm.
Əslində, Bəylər Əliyev bu məktubu ilə özünü bir daha ifşa etdi. Çünki məqalədə adı çəkilən kənd klub və mədəniyyət evlərində hansı dərnəklərin fəaliyyət göstərdiyini qeyd etməyib. Mədəniyyət Nazirliyinə verdiyi hesabatlarda göstərdiyi “dərnəklərin” üstündən sükutla keçib. Çünki belə dərnəklər yalnız kağız üzərindədir. Onun deməsinə görə, guya, klub və mədəniyyət evlərinin  binaları normaldır. Əlavə edirəm. Məmmədabad kənd klubu 80 il bundan əvvəl tikilmiş kənd mağazasında, Qırağlı kənd klubu həmin kənddəki məktəbin bir sinif otaqğında, Dədə Qorquq mədəniyyət evi həmin kənd inzabati ərazi nümayəndiliyinin  kiçik bir otağında yerləşir. Üstəlik, Məmmədabad kənd klubunun müdiri Sarıcalar pambıqtəmizləmə zavodunda məsul işdə çalışır. Bu necə ola bilər?
Varxankənd Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Ağalarova Mərhəmət Mirələkbər qızı haqqında yazdıqları isə tamamilə yalandır. Bu qadının əməlli-başlı orta təhsili də yoxdur. O, son 5 ildir ki, Sumqayıtda yaşayır. Ayda bir və iki dəfə Saatlıya gələ bilər. Gəlin, görək onu işlədiyi Varxankənddə  görən və tanıyan varmı? Əksinə, müəyyən səbəblərədn Dədə Qorqud kənd sakinləri onu kənddən qovub.  O da “müğənni” kimi Bəylər Əliyevə sığınıb.
Məqalədə Qaracalar kənd mədəniyyət evinin işçisi kimi adı çəkilən İlhamə Quliyevanın  adını isə qorxusundan gizlədib. Çünki rayon icra hakimiyyəti başçısının I müavinin qohumudur.
Hörmətli redaksiya, məqalə sizin saytda dərc olunandan sonra Mədəniyyət Nazirliyindən də münasibət bildirirlib. Rayonun 15- dən çox ziyalısı bu barədə Mədəniyyət Nazirliyinə rəsmi müraciət hazırlayıb və Saatlı Mədəniyyət Mərkəzinin fəaliyyətinin araşdırılmasını xahiş edib. Rayonun mədəniyyət müəssisələrinin təsərrüfat şöbəsi müdirlərinə Sabirabad Regional Mədəniyyət İdarəsində köhnə tarixə imza atdırmaqla guya inventar və kargüzarlıq ləvazimatlarının verilməsi barədə sənəd toplayırlar. Bu saxtakarlığın da üstü dərhal açılacaq. Çünki Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov Mədəniyyət Nazirliyinin vəzifəli şəxsləri həbs olunanda etiraf edib ki, o, inventor və kargüzarlıq ləvazimatları verməyib.
Hörmətli redaksiya, Bəylər Əliyev məni çox yaxşı tanıyır, Hətta bu məqaləyə təkzib verilməsi üçün mənə tanış axtarır. Ancaq bütün bunlar keçməz. Mən sizi sərt karantin rejimi başa çatandan sonra Saatlıya dəvət edəcəyəm və kənd klub və mədəniyyət evlərinə birgə baxış keçirəcəyik. Əlbəttə, əgər razı olsanız. O zaman kimin doğruçu, kimin yalançı olduğu bəlli olacaq. Dünənə qədər Saatlı bazarında futboldan variant toplayıb həmin puldan faiz götürməklə məşğul olan Bəylər Əliyev bu gün redaksiyanı aldada bilməz. Bu, variant toplamaq oyunu deyil.
Mənim, yoxsa Bəylər Əliyevin yalançı olmasını dəqiqləşdirmək üçün Sabirabad Regional Mədəniyyət İdarəsinin hazırda Saatlı rayonu üzrə koordinatoru, keçmiş Saatlı mədəniyyət şöbəsinin müdiri Şərqiyyə Şahpələngova ilə də əlaqə saxlaya bilərsiniz.
Məqalədə adı çəkilən Varxan kənd Diyarşünaslıq klubunun “mədəni təşkilatçısı” Ağalarova Mərhəmət Mirələkbər qızı Şərqiyyə Şahpələngovanın həmkəndlisidir. Əsl həqiqətləri Ş.Şahpələngova daha yaxşı bilir.
Arıf  Dadaşov,
Saatlı rayonu