Xəstəxanaya yerləşdirilən Xalq şairindən XƏBƏR VAR

Baxış sayı:
9088

Səhhətində yaranan problemlərə görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xalq şairi Musa Yaqub evə buraxılıb.

Bunu Xalq şairinin nəvəsi Nərgiz Gəraylı deyib.

O bildirib ki, hazırda M.Yaqubun səhhəti normaldır: “Dünən narahat olduğu üçün xəstəxanaya aparmalı olduq. Təzyiqi düşmüşdü. Həkimlər yardım göstərdilər və 1-2 saatdan sonra xəstəxanadan çıxdıq. Hazırda evdədir. Dərmanlarında olan problemlərə görə təzyiqi tez-tez aşağı düşür”.

Qeyd edək ki, Xalq şairi Musa Yaqub İsmayıllı rayonunun Buynuz kəndində yaşayır. Mayın 26-da şairin səhhətində problem yarandığına görə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. (report)