XİN-in həbsdə olan sabiq idarə rəisi ev dustaqlığına buraxıldı

Baxış sayı:
1180

Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin həbs edilən sabiq rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb.

Bu barədə "Elektron məhkəmə" portalında məlumat verilib.

Məlumata görə, sentyabrın 22-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatətə baxılsa da, təxirə salınıb. Daha sonra vəsatət təmin edilib və Faiq Bağırov ev dustaqlığına buraxılıb.

F.Bağırov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, F.Bağırov iyulun 7-də DTX-nın Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılıb. İyulun 9-da onun barəsində məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.