​Xarici işlər nazirinin adı FTB-nin istintaqında çıxdı

İngiltərənin xarici işlər naziri Boris Conson ABŞ-ın prezidentlik seçkilərinə müdaxilə edənlərin sırasında yer alıb.
Bu fakt ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) təşkil etdiyi istintaq zamanı ortaya çıxıb.
“The Observer” qəzetinin verdiyi məlumata görə, nazirin və iki ingilis məmurunun FTB-nin istintaqında adı keçən şəxslərlə gizli əlaqələri olduğu ortaya çıxıb. B.Conson və ingilis məmurlar Donald Trampın keçmiş xarici siyasət məsləhətçilərindən olan Corc Papadopoulos və İngiltərədə yaşayan maltalı akamedik Jozef Mifsud ilə görüşlər keçirib.
Beləliklə, FTB-nin araşdırdığı Rusiyanın ABŞ-dakı prezidentlik seçkilərinə müdaxilə etməsi məsələsi İngiltərə hökumətinə qədər uzanıb.