​VULKAN PÜSKÜRDÜ, aviareyslər təxirə salındı

İndoneziyanın Bali adasında Aqunq vulkanının həftə ərzində ikinci dəfə püskürməsi nəticəsində beynəlxalq hava limanının reysləri təxirə salınıb.
"Sinxua" agentliyi xəbər verir ki, təbii fəlakət nəticələrinin aradan qaldırılması üzrə agentliyin məlumatına görə, Denpasar beynəlxalq aeroportunda ümumilikdə 8 gəlməli olan və 13 uçmalı olan reys təxirə salınıb.
"Reyslərin ləğvi aviaşirkətlərin qərarı ilə olub", — deyə agentlik nümayəndəsi bildirib.