Vəliəhd şahzadənin Almaniyaya yarınmaq üçün çirkli oyunu

Baxış sayı:
2461

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qətlə yetirilmiş jurnalist Camal Qasiqci ilə Almaniyada pisləşən imicini düzəltmək üçün konsaltinq şirkəti ilə müqavilə imzalayıb.
 
Almaniyada aparıcı qəzetlərdən biri, Səudiyyə Ərəbistanının Almaniyada zədələnmiş imicini bərpa etmək üçün məsləhətçi firma ilə birlikdə çalışdıqlarını iddia edib.
Alman mətbuatı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın, Alman ictimaiyyətində xoş bir imicini formalaşdırmaq üçün şirkətlə anlaşdığını iddia edib.
“Bild am Sonntag” qəzeti bazar günü nöməsində yazıb ki, Səudiyyə şahzadəsi, WMP konsaltinq şirkəti ilə 2015-ci ildən Almaniyada kral ailəsi ilə bağlı mənfi fikirlərin qarşısını almaq üçün işləyir. Bunun üçün Səudiyyənin yüz minlərlə dollar vəsait ödədiyi də qeyd olunur yazıda.

Müxalifət.az