Vilayət Eyvazovdan yeni TƏYİNAT
24-11-2019 15:26
Baxış sayı:
3865

Ağcabədi rayon polis şöbəsində kadr dəyişikliyi olub. Muxalifet.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Rüfət Məmmədov Ağcabədi rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl rayon Polisinin istintaq bölməsinin rəisi işləyib. /oxu.az