Vilayət Eyvazov onu rəis təyin etdi
24-09-2019 10:50
Baxış sayı:
13156

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.
Muxalifet.az-ın "Report"a istinadən məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.
O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.
Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.