Venesuelada hidroelektrik terminalına silahlı hücum

Baxış sayı:
26041

Venesuelanın əsas hidroelektrik terminallarından birinə silahlı hücum olub.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Simon Bolivar Hidroelektrik Terminalının gecə saatlarında avtomat silahlarından atəşə tutulduğu deyilib.

Hücumla bağlı təfərrüatlı məlumat verilmir.

Ölkə prezidenti Nikolas Maduro isə sosial şəbəkə hesabındakı açıqlamasında bu olayı terror hücumu adlandırıb.

Qeyd edək ki, bundan öncə sözügedən terminalda baş verən qəza səbəbindən ölkənin böyük bir hissəsi işıqsız qalmışdı.