Venesiya su altında, ABŞ və Avropada şaxta - iqlim dəyişikliyi, yoxsa...

Baxış sayı:
12277

Artıq bir müddətdir ki, tarixi Venesiya şəhəri su altında qalıb, burada həyat iflic olub.  Bununla da şəhərdə suyun səviyyəsi son 50 ildə ən yüksək səviyyəyə çatıb. Ümumi səviyyə 183 santimetr göstəricisinə işarə vurur. İtaliya şəhərinin 80 faizini su basıb.

Venesiya meri Luici Brunyaro özünün twitter səhifəsində təbii fəlakətə görə şəhərdə fövqəladə vəziyyət elan olunduğunu bildirib. O, kömək üçün hökumətə müraciət edib. Şəhər əhalisinə evlərini tərk etməmək məsləhət görülüb. Çünki hava şəraiti bir az da pisləşəcək. Amma xəbərdarlığa qulaq asan çox deyil. İnsanlar küçələrdə hətta üzməyi də sınayır.

 

Məlumata görə, təbii fəlakətlə bağlı şəhərdə fövqəladə vəziyyət elan olunub. İtaliyanın baş naziri Cüzeppe Konte şəhərdə vəziyyətin ciddi nəzarətə götürülməsi və ortaya çıxa biləcək xərclər üçün büdcədən 20 milyon avro ayrılması barədə göstəriş verib. Şəhərə əlavə xilasedici qüvvələr cəlb olunub. Evlərini su basmış əhaliyə hər ev üçün əlavə 5 min avro da yardım ediləcək.

Mütəxəssislərin proqnozlarına əsasən, suyun səviyyəsi qalxmaqda davam edəcək.

Venesiya şəhəri su altında ile ilgili görsel sonucu

Xatırladaq ki, Venesiyada axırıncı ən böyük subasma hadisəsi 1966-cı ildə qeydə alınmışdı. Onda suyun səviyyəsi 190 santimetrə çatmışdı.

Qeyd edək ki, son bir həftədə Venesiyanı su basıb, kəskin, şaxtalı hava şəraiti Avropanı və Amerikanı öz cənginə alıb. Məsələn, bugünlərdə Çikaqoya güclü qar yağmışdı. 12 sm-ə çatan qar ucbatından hava limanlarında 900-dən çox təyyarə reysi təxirə salınıb. Amerikanın İllinoys ştatında isə hava kəskin soyuyaraq, mənfi 20 dərəcə çatıb. Soyuq hava kütlələrinin tezliklə Amerikanın digər bölgələrini də öz cənginə alacağı gözlənir.

Venesiya şəhəri su altında ile ilgili görsel sonucu

Eləcə də Finlandiya və ona yaxın ərazilərdə havanın kəskin soyuduğu müşahidə olunub. Hətta Finlandiyada minlərlə “buz yumurtalar” peyda olub.

Beləliklə, Amerika və Avropada baş verən kəskin şaxtalı hava şəraitini iqlim dəyişikliyi hesab etmək olarmı? Azərbaycanı da bu cür soyuqlari gözləyirmi?

Telman Zeynalova ile ilgili görsel sonucu

Suallarımıza cavab tapmaq üçün tanınmış ekoloq Telman Zeynalova müraciət etdik. Ekoloq baş verən təbiət hadisələrinin iqlim dəyişikliyi olmadığını bildirdi: “Əgər xatırlayırsınızsa, ay yarım bundan əvvəl Dağıstan su altında qaldı, kənd təsərrüfatına ciddi ziyan dəydi. Səbəb iqlim dəyişikliyi deyildi, bu, Amerikanın hava silahı ilə atdığı bombaların təsirinin nəticəsi idi. Beləliklə, Amerika bu üsulla Rusiyanın kənd təsərrüfatını məhv etməyi düşünürdü. İndi də müşahidə edirik ki, Rusiyada bir çox yollar bağlıdır, hər şey şaxtadır. Və yaxud bir müddət bundan əvvəl gördünüz ki, Braziliyada meşə yanğınları baş verdi. Düşünmək olar ki, bunu da Rusiya öz silahlarından istifadə etməklə edib. Bəzən hava silahlarının olmasına inanmaq istəmirlər. Əgər belə olsaydı, bəs niyə 1977-ci ildə Amerika və Rusiya arasında bununla bağlı razılaşma müqaviləsi bağlanmışdı? Bəli, həmin ildə bağlanan müqaviləyə əsasən, hər iki ölkə hava silahlarından istifadə etməyəcəkləri barədə razılaşma imzalamışdılar”.

Ekoloq qeyd etdi ki, hazırda dünyada soyuqlaşma prosesi gedir: “Bəli, 2013-cü ildən başlayaraq, soyuqlaşma prosesi gedir. Ümumiyyətlə, hər 45 ildən bir iqlim dəyişikliyi baş verir, ya kəskin isti, ya da şaxta gəlir. Lakin son baş verənləri heç də iqlim dəyişikliyi, hava şıltaqlığı kimi qəbul etmək olmaz. Bu qədər hava şıltaqlığı olmur. Rusiya və Amerika o qədər hava silahlarından istifadə ediblər ki, atmosferdəki hava qanunauyğunluqları pozulub”.

Ekoloq Azərbaycanda baş verən kəskin hava şəraitindən də söz açıb: “Hazırkı hava şəraiti noyabr üçün xarakterik deyil. Belə ki, hazırkı hava şəraiti noyabr üçün xarakterik olan hava şəraitindən 5-6 dərəcə aşağıdır. Bir ay bundan əvvəl bir çox rayonlarda dağlara qar yağıb. Hətta axşamlar Naxçıvan ərazisində 5 dərəcə şaxta olur. Bu, qış üçün xarakterik hava temperaturudur. Daim hava proqnozu verən sinoptiklərə sual vermək lazımdır ki, nə baş verir, axı qış hələ başlamayıb”.//musavat