​Ukraynalı komandan: Ruslara özümüzü göstərməli idik...

Baxış sayı:
12541

Kerç boğazında və Azov dənizində özümüzü göstərməli və gəmilərimizin nələr edə biləcəyini ortaya qoymalı idik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ukrayna Hərbi Dəniz Qüvvələri komandanı İqor Voronçenko deyib.
Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.
Hücum zamanı 6 Ukrayna hərbçisi yaralanıb. Ukrayna insidentlə bağlı 10 vilayətdə bir ay müddətində hərbi rejim elan edib.