​Ukraynalı deputat Tiflisdə həbs edildi

Baxış sayı:
4684

Tiflisdə həbs edilən Ukrayna vətəndaşları arasında ukraynalı deputat Semen Semençenkonun rəhbərlik etdiyi “Samopomoş” Partiyasının üzvləri var.
Bunu jurnalistlərə açıqlamasında Ukrayna Sosialist Partiyasının rəhbəri İlyan Kiva deyib.
Onun sözlərinə görə, Semençenko da Tiflisdə həbs edilənlər arasında yer alıb. O, deputatın diplomatik toxunulmazlığından istifadə edərək, həbsdən qaçdığını və naməlum istiqamətdə uçduğunu bildirib. Kiva rəsmi Kiyevdən bu partiyanın fəaliyyətinin araşdırılmasını tələb edib.
Qeyd edək ki, dünən Tiflisin “Alyans” otelində 7 nəfər həbs edilib. Bunlardan beşi Ukrayna vətəndaşları olub. Onların qanunsuz silah saxlamaqda ittiham edildiyi bildirilib./Axar.az