Ukraynadan kritik xəbərdarlq: Geniş miqyaslı müharibə başlaya bilər
28-11-2018 15:44
Baxış sayı:
4903

Ukrayna prezidenti Pyotr Proşenko, Rusiya ilə yaşanan böhranın geniş miqyaslı müharibəyə yol aça biləcəyi xəbərdarlığı edib.
Proşenko, Rusiyanın ümumi sərhəddəki hərbi varlığını əhəmiyyətli dərəcədə artırdığını deyib.
Proşenko, milli televiziyaya verdiyi açıqlamada, "Kimsənin bunun bir oyun ya da zarafat olduğunu düşünməsini istəmirəm. Ukrayna, Rusiya tərəfindən geniş miqyaslı bir müharibə təhdidi altındadır. Rusiya, ümumi sərhəd qoşunlarının sayını əhəmiyyətli dərəcədə artırıb. Rus tanklarının sayı üç dəfə artırılıb" deyib.
Qeyd edək ki, dünən böhranın yaşandığı bölgəyə bir çox gəmi əleyhinə raket batareyaları göndərən Rusiya, bu gün də eyni bölgəyə S-400 yerləşdirəcəyini bildirmişdi.
Müxalifət.az