Ucar sakini pensiyasından hər ay qanunsuz olaraq 60 manat tutulmasına etiraz edir – PREZİDENTƏ MÜRACİƏT / Foto

Baxış sayı:
1054

Ucar şəhəri, Heydər Əliyev Prospekti, ev 87, mənzil 16-da yaşayan İsmayılzadə Akif Səlim oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən 71 yaşlı A.İsmayılzadə son aylar pensiyasından qanunsuz olaraq 60 manat tutulmasından şikayətçidir:
“Cənab Prezident!

71 yaşım var, əmək pensiyaçısıyam, özüm də ikinci qrup əliləm. Pensiya hesabım Azərbaycan Beynəlxalq Bankındadır. Mənə məlum olmayan səbəblərə görə mart və aprel aylarında, hər ay 60 manat olmaqla,  pensiyamdan pul tutulub.
Yaşım 65 yaşdan çox olduğuna görə, Ucar şəhərində  yerləşən Azərbaycan Beynəlxalq Bankına gedib, əlaqə saxlaya bilmirəm. Telefon zənglərimə də Beynəlxaq Bankdan cavab vermirlər.
Həyat yoldaşım da pensiyaçıdır. Başqa yerdən gəlirimiz yoxdur. Hər ikimizin aldığımız pensiya komumnal xərclərinə, dərmana və ərzağa güclə çatır.  
Cənab Prezident!
Mətbuat vasitəsi ilə sizdən xahiş edirəm, mənim pensiyamdan hər ay 60 manatın tutulması səbəbinin araşdırılmasına tapşırıq verəsiniz”.

Muxalifet.az
Redaksiydan: Mövzunu araşdırmağa çalışacağıq.