Türkiyədən S-400 açıqlaması: “3-cü bir ölkəyə satılmayacaq”

Baxış sayı:
5158

AK Partiyanın sözçüsü Ömər Çelik Pentaqonun S-400 təhdidlərinə cavab verib. "F-35 təyyarələrini verməyə bilərik" açıqlamasının absurd olduğunu bildirən Çelik, ABŞ-ın bu münasibətlə dünyada müttəfiq ölkə tapmayacağını söyləyib. Çelik ABŞ-ın Patriot məsələsində Rusiyanın göstərdiyi texnologiya transferi və kredit məsələsindəki münasibəti göstərdiyi təqdirdə Patriot-un alına bilinəcəyini deyib.
 
Türkiyənin iki batareya S-400-ü 2,5 milyard dollara aldığını xatırladan Çelik, S-400-lərin 3-ci bir ölkəyə satışının söz mövzusu olmadığını deyib. F-35-in Türkiyədə istehsal olunan ehtiyat hissələrinin yerinə alternativ axtarıldığı iddialarına da cavab verən Çelik, bu layihəyə əvvəlindən etibarən qatıldığını və zabitlərimizin orada təhsil almağa davam etdiyini deyib.
Müxalifət.az