Türkiyədən “İdlib” açıqlaması

Baxış sayı:
4294

AK Partiyanın sözçüsü Ömər Çelik, Twitter hesabından, Türkiyə və Rusiya arasında imzalanan "İdlib Gərginliyin Azaldılması Bölgəsindəki vəziyyətin Sabitliyinə Dair Anlaşma Memorandumu" haqqında paylaşma edib.
 
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Tehranda bütün dünyanın gözləri qarşısında ortaya qoyduğu iradə və onu müşahidə edən qətiyyətli mövqeyinin nəticə verdiyini qeyd edən Çelik, "Prezidentimizin yeritdiyi insanı diplomatiya Soçi görüşündə nəticə vermiş, Türkiyə, beynəlxalq vicdanın sözçüsü, məzlum Suriyalıların fəryadına səs verən yeganə aktyor oldu" deyə, dəyərləndirmə edib.
Çelik, hər cür siyasi maraqların ortada olduğu bu mürəkkəb məsələdə, bir çox qarşıdurma tərəflərinin maraqlarının üstündə mövqe tutan Türkiyə prezidenti Ərdoğanın qəti iradə və insanı mövqe ortalığa qoyduğunu vurğulayaraq, bunları qeyd edib:
“Ortaya çıxan mənzərə diplomatiyanın çətin yollarında mərhələ-mərhələ inşa edilən nəticədir. Prezidentimizin yanaşması ilə Türkiyə, Suriya məsələsində ən yüksək siyasi və humanitar dəyərlərə əsaslanan siyasəti təqib etdiyini göstərdi. Tarixin çətin mərhələlərində olduğu kimi, bir daha məzlumların ümidinin qətiyyətli bir siyasət ilə ifadə edilməsi Türkiyənin liderliyi sayəsində gerçəkləşmişdir. Ortaya çıxan müxtəlif çətinliklər qarşısında insani həssaslıqlardan imtina edərək bəzi siyasi təkliflər edənlər, bir daha bu qətiyyətdən dərs almalıdır".
Müxalifət.az