Türkiyədən ABŞ-a jest: QANE OLMADIQ

Baxış sayı:
679

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, iştirak etdiyi televiziya proqramında ABŞ-ın “sərhəd mühafizə ordusu” yaratmaq istəyinə çox sərt reaksiya göstərib.
 
Xarici işlər naziri Mövlud Çavuşoğlu, “CNN Türk” televiziyasında gündəmə dair açıqlamalar verib.
Çavuşoğlu, ABŞ-dan “sərhəd mühafizə ordusu”nun yaradılması ilə bağlı gələn son bəyanatlara münasibət bildirərək, "ABŞ-dan edilən bütün açıqlamalara baxmayaraq, biz razı və qane olmadıq" - deyib.
 
AÇIQLAMALAR BİZİ QANE ETMƏDİ
 
“ABŞ-ın terrora dəstəyi münasibətlərdə geriyə dönülməz zədələr açır. Tam olaraq bu açıqlamalar bizi qane etmədi. Bəs deyirdilər Raqqa alınandan sonra PKK/PYD ilə tərəfdaşlıq bitəcək və silah verməyəcəklər. Hazırda YPG-yə edilən yardımlar əsasən Suriyanın sərhəd bütövlüyünü təhdid edir”
Müxalifət.az