Türkiyədə dollar şoku bitdi - Kritik səviyyə...
22-11-2018 16:49
Baxış sayı:
10423

Türkiyə lirəsi ABŞ dolları qarşısında bir az da güclənib.
Muxalifet.az xəbər verir ki, hazırda 1 ABŞ dolları 5.28 lirəyə, 1 avro isə 6.04 lirəyə satılır.
Buna səbəb kimi dolların dünya bazarında zəifləməsi göstərilir.
Ekspertlər dolların zəifləməsinin davam edəcəyini proqnozlaşdırır. Onlar hətta lirənin daha da güclənəcəyini, 1 dolların 5.10 lirəyə bərabər olacağını ehtimal edirlər.
Qeyd edək ki, Türkiyədə dolların 5,3-ə qalxması "kritik səviyyə" hesab olunurdu.