Türkiyə yeni xüsusi təyinatlı qüvvə formalaşdırır

Baxış sayı:
3502

Enerjidə dəhliz ölkə olan və özünü əhatə edən dənizlərdə neft və qaz axtarış fəaliyyətlərini son dövrdə artıran Türkiyə, dənizlərdəki nəql xətlərini, qaz və neft platformalarını qoruyacaq xüsusi qüvvə yaradır. Sayı və miqyası hələ məlum olmasa da, 2023-ə qədər işə başlaması planlaşdırılan Dəniz Təhlükəsizlik qüvvələri, dənizlərdə meydana gələn terror hadisələrinə qarşı təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirəcək. Dəniz qüvvələrinin ilk fəaliyyət sahəsi İstanbul və Dardanel boğazları olacaq. Xüsusi qüvvə daha sonra sahillərə yerləşdiriləcək. İxtisas sahəsi enerji kəmərlərini qorumaq olacaq xüsusi qüvvələrin əsas vəzifə sahələri belə sıralanır: -Ətraf dənizlərindəki enerji nəql xətləri, qaz və neft platformaları, sahillərdə çıxışlı strateji əhəmiyyətə malik obyektləri qoruyacaq, mümkün hücumların qarşısını alacaq. -Dəniz yolu ilə ölkə içinə girməyə çalışan və ya ölkədən xaricə çıxmağa çalışan terrorçulara mane olacaq. Dənizdə meydana gələn terror hadisələrinə qarşı təhlükəsizlik və hüquq-mühafizəni təmin edəcək. -Türk boğazlarından keçən təhlükəli və partlayıcı yük daşıyan hərbi gəmiləri müşayiət edərək təhlükəsizlik tədbirləri görəcək. -Dənizin yan sərhədlərində nəzarət və təhlükəsizliyi təmin edəcək. -Limanlara gələn Türk və xarici hərbi gəmiləri qoruyacaq. Dənizdə və ya sahil bölgələrində fəaliyyət icra edən dövlət böyüklərinin və əhəmiyyətli şəxslərin təhlükəsizliklərini dənizdən təmin edəcək. Müxalifət.az