Türkiyə XİN-dən Ermənistanın Bərdəyə hücumuna reaksiya

Baxış sayı:
3135

Ermənistanın ötən gün elan edilən atəşkəsə baxmayaraq, Azərbaycanda döyüş bölgəsindən uzaqdakı dinc əhalinin məskunlaşdığı ərazilərə qarşı davam edən hücumları bütün bəşəri və əxlaqi dəyərləri ayaq altına alır.

Virtualaz.org bildirir ki, Türkiyə XİN-in Ermənistan ordusunun Bərdə şəhərinə raket zərbələri endirməsi ilə bağlı bəyanatında belə deyilir.

“Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə qarşı hücumunda biri iki yaşlı uşaq olmaqla 4 dinc sakin həyatını itirib, 13 nəfər yaralanıb. Dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət, yaralılara təcili şəfa, bütün Azərbaycan xalqına başsağlığı diləyirik.

Ermənistanın bu qeyri-insani hücumunu ən sərt şəkildə qınayır, vicdan və məsuliyyət sahibi ölkələri Ermənistanın törətməyə davam etdiyi müharibə cinayətlərinə “dur”  deməyə çağırırıq. Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bu günə qədər elan edilən üş atəşkəsin hər dəfə Ermənistan tərəfindən pozulmasına baxmayaraq, bu atəşkəs pozuntularına həmsədrlər tərəfindən heç bir reaksiya verilməməsini də anlamlı hesab edirik”, - deyə Türkiyə XİN-dən bildirilib.