Türkiyə və Rusiyadan sonra Çin də həmlə edərsə, ABŞ-ın sonu gələr
23-08-2018 14:23
Baxış sayı:
3610

Muxalifet.az xəbər verir ki, Rusiyanın ardından Türkiyə də ABŞ dövlət istiqrazlarından yaxasını qurtarmaqdadır. Ankara bu qiymətli kağızları təqribən 4 milyard dollara çevirib. İndi bütün diqqətlər Çinə yönəlib.
Ağ Evin iqtisadi müharibəsinin verdiyi zərər yüz milyard dollara yaxındır. Lakin Pekinin də əlində güclü silah var – 1,2 trilyon dollarlıq ABŞ dövlət istiqrazları. Çin bu dövlət istiqrazlarını satmağa başlasa, Ağ Ev büdcədə balans yaratmaq üçün borc pul tapa bilməyəcək.