“Türkiyə və Rusiya F-35-ə qarşı..”

Baxış sayı:
4885

ABŞ Senatındakı Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms Inhofe, Türkiyənin Rusiya ilə Qərb arasında bir seçim etməsi və ABŞ ilə F-35 proqramında qalmaq istəyirsə, S-400 raket əleyhinə müdafiə sistemlərindən imtina etməsi lazım olduğunu söyləmişdi. ABŞ mərkəzli bir müdafiə şirkətində işləyən raket mütəxəssisi Stiv Zaloga isə Rusiyadan mütəxəssislərin Türkiyəyə S-400 təlimi üçün getməsindən narahat olan NATO-nun Ankaranın Rus mütəxəssislərin S-400 radarlarını F-35-lərə qarşı test etməsinə icazə verməsindən qorxduğunu dilə gətirmişdi.
 
Rusiya parlamentinin alt qanadı Dumada Müdafiə Komitəsinin sədr müavini Yuriy Şvıtkin, “Sputnik”-ə açıqlamasında ABŞ-da verilən bu cür açıqlamaların haqsız rəqabət nümunəsi olduğunu qeyd edərək ABŞ-ın bu ritorikasının ümumiyyətlə Rus əleyhdarı meyllə bağlı olduğuna işarə edib. Vəkil, S-400-ün döyüş xüsusiyyətlərinə görə, Amerikadakı sistemlərin çox üstündə olmasına baxmayaraq daha ucuz qiymətə malik olduğunu vurğulayıb.
 
“F-35-lərə qarşı test edilməsi planlaşdırılmır"
 
“S-400-lə bağlı bütün şərtlər müqavilədə var" deyən Şvıtkin, "Nə Türkiyə, nə də Rusiya bu sistemləri F-35ə qarşı test etməyi planlaşdırmır" - deyə əlavə edib.
S-400 müqaviləsinin Türkiyə və Rusiyanın qarşılıqlı surətdə faydalı əməkdaşlıq nümunəsi olduğunu qeyd edən Rus vəkil, bu sistemlərin gələcəkdə necə istifadə ediləcəyi isə tamamilə Türkiyəyə bağlı olduğunu vurğulayıb.
Rusiya Strateji Konyuktura Mərkəzindən Oleq Ponomarenko, “Sputnik”-ə açıqlamasında "Burada çox aktiv təzyiq məsələsidir. Bu təzyiqin bir neçə istiqaməti var. İlki və ən əhəmiyyətlisi geostrateji istiqamətdir. Bu sistemlərin eyni anda eyni yerdə ortaya çıxması deyil, daha çox bir ölkə, bir müttəfiq üçün aparılan mübarizə məsələsidir. Amerikalılar çox diqqətli və ardıcıl olacaq. Vəziyyət yəqin ki, Hindistanın durumuna bənzəyəcək. ABŞ müqavilələri qorumağa çalışacaq, amma eyni zamanda bir yerdə xarici maraqları yan keçmə ümidi ilə Türkiyəni təzyiq altında saxlamağa da çalışacaq" deyə şərh edib.
 
ABŞ F-35 satmaqdan imtina edərsə, bazarı başqa ölkəyə verir
 
NATO, Ankaranın Rus mütəxəssislərin S-400 radarlarını F-35-lərə qarşı test etməsinə icazə verməsindən qorxduğu xəbərini qiymətləndirən Rus mütəxəssis, “Əgər bir şey verirsinizsə, bu təchizatla bağlı məlumatın müqaviləyə tabe olmadığını da başa düşmək lazımdır. Digər tərəfdən, başqa variant var? Satmaqdan imtina etsəniz bazarı çox uzun bir müddət üçün itirmiş olarsınız" deyib.
Bəzi ölkələrin döyüş təyyarələrini nəsil nəsil aldığına işarə edən Ponomarenko, "Məsələn, Türkiyə daha əvvəl F-4, F-16 aldı və indi F-35-i alır. Əgər ABŞ bundan imtina edərsə, buna görə də bazarı başqa ölkəyə vermiş olacaq" deyə qeyd edib.
Müxalifət.az