Türkiyə səfiri ABŞ diplomatını kürsüdən endirdi

Baxış sayı:
6811

Rumıniyanın Konstansa  şəhərində baş tutan bir tədbirdə maraqlı hal yaşanıb.
Muxalifet.az xəbər verir ki, danışmaq üçün kürsüyə yaxınlaşan ABŞ diplomatını Türkiyə səfiri kürsüdən endirib.
Hadisə Türkiyənin Konstansa səfirliyi tərəfindən hazırlanan “Mevlidi Nəbi” tədbirində baş verib.
Tədbirdə ABŞ-ın Buxarest səfirliyinin diplomatlarından Abigail Rupp danışmaq üçün kürsüyə yaxınlaşıb.Türkiyənin Konstansa səfiri Sülhi Turan vəziyyətə müdaxilə edib. Proqramda belə bir çıxışın yer almadığını bildirərək diplomata mədəni formada xəbərdarlıq edib.
Bundan sonra Rup da təşəkkür edərək çıxış etmədən səhnədən enib.