Türkiyə əleyhinə 400 casus – ASO komandirindən ŞOK AÇIQLAMA

Baxış sayı:
10267

Suriyalı müxaliflərin ilk mütəşəkkil hərbi qurumu Azad Suriya Ordusunun (ASO) qurucu komandiri polkovnik Riyad Əsəd çox şok açıqlamalar verib. Suriyada ABŞ, Rusiya və İran başda olmaqla, bir çox ölkənin pullu əsgərlərdən başqa, yüzlərlə kəşfiyyat casusunun fəaliyyət göstərdiyini ifadə edən Əsəd, bu şəxslərin ortaq vəzifəsinin isə ‘Suriya xalqını Türkiyə əleyhinə qaldırmaq' olduğunu dilə gətirib. Suriyanın siyasi, hərbi, iqtisadi, mədəni baxımdan qlobal işğal gücləri tərəfindən ələ keçirildiyini söyləyən Riyad Əsəd, bomba altındakı İdlibin də Türkiyəyə qarşı sui-qəsd mərkəzinə çevrildiyini qeyd edib. ASO-nu 2012-ci ildə Əsəd ordusundan ayrılan bir qrup zabitlə birlikdə formalaşdıran Riyad Əsəd, 2019 il etibarilə Suriyadakı mənzərəni belə təsvir edib: FƏRQLİ GÜNDƏLİKLƏRİ VAR "İdlib Türkiyəyə qarşı qurulan bir sui-qəsd halını aldı. Rusiya diplomatiya müddətinə baxmayaraq 5 ay boyunca sahəni havadan fövqəladə bombaladı. Ardından başlayan quru əməliyyatı Türkiyəni köç təzyiqi ilə küncə sıxışdırma strategiyası daxilində reallaşdı. Rusiya və İran Türkiyə ilə masada danışılanların xaricində fərqli bir gündəlik daxilində hərəkət edirlər. Hama, İdlibin cənubu, Lazkiyə və Hələb cəbhəsi Rus general və köməkçiləri tərəfindən idarə olunur. Putin rəhbərliyinin mesajları və tətbiqləri tutarlı deyil". ASO ONLAR ÜÇÜN BÖYÜK TƏHLÜKƏDİR "Kalat əl-Mudig” bölgəsinin Rusiya və İran dəstəyilə Əsəd güclərinə keçdiyi gün bölgədə olan Rus general kameralar qarşısında, ‘İndi sıra Əl-Babı alıb, hədiyyə olaraq gətirmənizdədir' deyir. Rusiya və İranın sahəyə baxışı müəyyəndir. Hər iki ölkə də “Heyət Təhrir Şam”-dan (HTŞ) daha böyük təhlükə olaraq ASO-nu görür. Mövcud bombardmanlar da bu strategiyanın davamı xüsusiyyətindədir və bu əhatədə Türkiyəyə qarşı hər növdən düşməncə fəaliyyətə aktiv dəstək verirlər. Rusiya ABŞ ilə razılaşdı və PKK bölgəsi xaricində qalan bütün Suriyanı istəyir. Ruslar tarix boyunca etdiyi razılaşma və verdiyi sözlərində dayanmayan, diplomatiyada saxta və xəyanətkar bir ənənəyə sahibdirlər. İndi eyni tutumu Suriyada sərgiləyirlər". HTŞ ƏLEYHDARLARI VURULUR "İdlib mövzusunda Əsəd, Rusiya və İranın istifadə etdiyi tək arqument Heyəti Təhrir əl-Şam-dır. Ancaq Kefranbol, Maar'ed əl-Numan və Cebel Zaviyə daha yaxın dövrdə HTŞ-yə qarşı döyüşən qruplar olmasına baxmayaraq ən çox bombalanan bölgələr buralar oldu. Astana və Soçi prosesini açıq bir şəkildə pozdular. Guta, Telbisə, Dərə, Kuneytra və Hələbdə HTŞ-mi vardı? O bölgələri yandırdılar və 2 milyondan çox insanı yerlərindən edərək İdlibə sürgün etdilər. İndi də onların Türkiyəyə keçməsi üçün cənubdan təzyiqi davam etdirirlər. Hədəf Türkiyəni qorxutmaq və masada istənilən nəticəyə razı etməkdir". 400-dən ÇOX CASUS İDLİBDƏDİR "Bir tərəfdən xalqı qorxunc bombardmana məruz qoyan Əsəd və müttəfiqləri, digər tərəfdən bölgəyə sızdırdığı casuslarla Türkiyə və Ərdoğan əleyhinə insanları təhrik etməyə çalışırlar. Fərqli bölgələrdən gələn insanlar arasına 400-dən çox Suriya kəşfiyyat xidməti “Muhaberat” casusu sızdırdılar. Məscidlərdə, döyüşçülər arasında, məktəblərdə, yerli məclis və digər vətəndaş cəmiyyət təşkilatları ilə birlikdə xalq arasında fitnə yayaraq Türkiyəyə qarşı insanları küçəyə çıxarma, etiraz nümayişləri təşkil etdirmək istəyirlər. Bu istiqamətdə bir neçə kiçik hadisə oldu, ancaq xalq hadisənin bir təhrik və təxribat olduğunu gördü. Bu casuslardan bir qisimi tutularaq planı ifşa etdik". Müxalifət.az