“Türkiyə ilə yeni dünya nizamını inşa edirik”

Baxış sayı:
2734

 Ankara Rusiya Araşdırmaları İnstitutu (RUSEN), Rusiyanın Ankara səfirliyi, Rus-Türk İctimai Forumu, Ankara İldırım Beyazıt Universiteti və AK Partiya Xarici Əlaqələr rəhbərliyinin iş birliyi ilə "Rusiya-Türkiyə Münasibətləri: Gələcəyi Formalaşdırmaq" adlı forum keçirilib.
 
Forumdakı "Təhlükəsizlik və hərbi əməkdaşlıq" iclasında çıxış edən təqaüddə olan Rus generalı və təhlükəsizlik eksperti Aleksandr Vladimirov, “Türk axını” layihəsinə dair, "Rusiya və Türkiyənin prezidentləri, strategiya baxımından yeni bir dünya memarlığının inşasının təməlini atıb" deyib.
Rusiya-Türkiyə münasibətlərinin gələcəyinin formalaşdırılması lazım olduğunu vurğulayan Vladimirov, "Rusiya və Türkiyə sağlam dialoq quraraq, yeni dünya nizamını birlikdə inşa edir. Yalnız dialoq vasitəsilə dünyadakı problemlər həll oluna bilər. Bütün ölkələrin bunu anlaması lazımdır" deyə söyləyib.
Müxalifət.az