Türkiyə dronları Liviyanı Pantsir-S1 məzarlığına çevirdi - Rusiya silahlarına güvənən BƏƏ-yə BÖYÜK ZƏRBƏ

Baxış sayı:
2225

Liviyada qiyamçı general Xəlifə Həftərin qüvvələrinin Türkiyənin dəstəklədiyi hökumət qüvvələri tərəfindən çox ağır şəkildə məğlubiyyətə uğraması həm hərbi dairələr, həm də analitiklər tərəfindən müzakirə edilir.

Türkiyə ilə Liviya arasında imzalanmış hərb və təhlükəsizlik sahələrində əməkdaşlıq müqaviləsi müharibə meydanında öz bəhrəsini verməkdədir.

Liviya ordusu paytaxt Tripolinin qərb rayonlarını Həftərdən təmizləyib, son iki həftə ərzində Tripolinin cənubu və şərqində ciddi irəliləmə qeydə alınıb.

Türkiyənin “Yeni Şafak” nəşrinə müsahibə verən analitik Məhəmməd Pərviz Bilqrami açıqlamasında deyib: “Əl Vatiyyə aeroportu və Tarhuna əməliyyatlarında Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatları Tripolini Rusiya istehsalı olan Pantsir-S1 sistemlərinin məzarlığına çevirdi”.

4 aprel 2019-cu il tarixindən bəri Tripolini ələ keçirmək üçün hücuma keçən Həftər yaraqlılarının məğlubiyyətinin qarşısının Birləşmiş Ərəb Əmirliklərinin Rusiya, Sudan, Çad və Nigeriyadan gətirdiyi muzdlu hərbçilər, minlərlə yük təyyarəsi, silah-sursat  belə ala bilməyib.

Məhəmməd Pərviz Bilqrami deyib: “Birləşmiş Ərəb Əmirliklərinin Həftər yaraqlılarına çox sayda Rusiya istehsalı olan Pantsir-S1 hava hücumundan müdafiə sistemləri və Çin istehsalı olan Wing Loong II silahlı pilotsuz uçuş aparatları verməsinə rəğmən, heç bir uğur əldə edə bilmədilər. Əl Vatiyyə aeroportu və Tarhuna əməliyyatlarında Türkiyənin Silahlı Pilotsuz Uçuş Aparatları Tripolini Rusiya istehsalı olan Pantsir-S1 sistemlərinin məzarlığına çevirdi”.

Hurriyyet.org