“Türkiyə ABŞ əsgərini vurdu” iddiasına açıqlama gəldi!
4-05-2019 07:55
Baxış sayı:
6784
Türkiyənin təhlükəsizlik qaynaqları Türk əsgərlərinin Suriyanın şimalında ABŞ əsgərini vurduğuna yönəlik xarici mətbuatda yer alan iddianın həqiqəti əks etdirmədiyini, sözügedən hadisə ilə TSQ ünsürlərinin heç bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, bəzi xarici internet saytlarında "Suriyanın şimalında bir Amerikalı əsgərin Türk əsgərləri tərəfindən vurulduğu" iddiası yer alıb.
Türkiyə rəsmiləri isə bu xəbəri təkzib edərək Türk Silahlı Qüvvələrinə məxsus əsgərlərin bu hadisə ilə heç bir əlaqəsinin olmadığını bəyan edib.
Onu da deyək ki, ABŞ Müdafiə Nazirliyi də əsgərin döyüşlərdən kənar hadisə nəticəsində həyatını itirdiyini açıqlamışdı.
Müxalifət.az