Türk hakerlər PKK-nın “səsini” kəsdi!

Almaniya mərkəzli terror təşkilatı PKK-ya aid “Bestanuce” adlı xəbər saytına bu gün Türk haker qrupu “Akıncılar” kiber hücum reallaşdırıb.
Daim Türk siyasətçilərini qaralayan yazılar dərc edən xəbər saytlarından "bestanuce.de" və "bestanüçe.com", Cyber Warrior Akıncılar qrupu tərəfindən kiber hücuma məruz qalıb.
"Xainlər üçün cəhənnəm!"
Dağıtdıqları sayta, Akıncılar qrupunu təmsil edən bir şəkil ilə birlikdə İngilis və Türkçə olaraq bu mesajı buraxıblar: "Xainlər üçün yaşasın cəhənnəm!"
Akıncılar qrupunun lideri hücumdan sonra etdiyi şərhdə, "Uzun müddətdir təqibində olduğumuz, dünya daxilində PKK yandaşı xəbər saytı olaraq qəbul edilmiş və birə-bir PKK terror təşkilatı adına çalışmış olan Almaniya mərkəzli bestanuce.de və bestanüçe.com xəbər saytlarına Akıncılar möhürü vurulmuşdur" deyib.
Müxalifət.az