Tərtərdə “zapravka”da partlayış - Yaralananların adları məlum oldu - YENİLƏNİB

Baxış sayı:
12427

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur. 
 
Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib.
 
***

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.