Tərtərdə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib
23-11-2019 19:21
Baxış sayı:
10363

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 22-də saat 21 radələrində Tərtər rayonunun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Nəticədə sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.