Trampın kürəkəni Kuşner haqda “bomba” iddia

Baxış sayı:
4870

ABŞ-ın “ABC News” kanalının 2 ABŞ rəsmisi və 3 keçmiş Ağ Ev nümayəndəsinə əsaslandırdığı xəbərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanına silah satış rəqəmləri Kuşnerin göstərişilə yüksək göstərilib.
 
Kuşnerın rəqəmlərin şişirdilməsi üçün Xarici İşlər və Müdafiə Nazirliyinə (Pentaqon) təzyiq etdiyinə işarə edən şəxslər, müdafiə naziri Cim Mattisin də Kuşnerın bu məsələdəki səylərini dəstəklədiyini bildirib.
Mənbələr, Trampın Səudiyyə Ərəbistanı səfərindən qısa müddət əvvəl, 2017-nin may ayında milli təhlükəsizlik şurasının iclasında Kuşnerın "Səudiyyə Ərəbistanına mümkün qədər çox silah satmalıyıq" dediyini bildirib.
 
ƏSAS TƏLƏB 14,5 MİLYARD DOLLARDIR
 
ABŞ Xarici İşlər və Müdafiə Nazirliyinin əslində Səudiyyə Ərəbistanına silah satışı məsələsində yalnız təxminən 15 milyard dollarlıq bir tələb olduğunu, bu rəqəmin necə artırılacağı barədə Kuşner ilə məsləhətləşmə apardıqları qeyd edilib.
ABŞ ilə Səudiyyə Ərəbistanı arasında Ər-Riyadda  2017-nin mayında imzalandığı bildirilən 110 milyard dollarlıq müqavilə məsələsində bu günə qədər çox az məsafə keçildiyinə diqqəti çəkən şəxslər, Səudiyyə Ərəbistanının yalnız 14,5 milyard dollarlıq vertolyot, tank, gəmi, silah və təlim üçün təklif məktubu imzaladığını bildirib.
Rəsmilər, 14,5 milyard dollarlıq satışın da hələ başa çatmadığına diqqəti çəkib.
İki ölkə arasında imzalanan sənədin bir kopiyasını ələ keçirən ABC kanalı, sözügedən müqavilənin hüquqi tərəfinin çox zəif olduğunu qeyd edib.
 
KONGRES BU MƏSƏLƏNİ DƏRİNDƏN ARAŞDIRMALIDIR
 
Xəbərdə fikirlərinə yer verilən ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Şurasının üzvü Demokrat Konqresmen Deyvid Cicilline, “(Silah satışı göstəriciləri ilə bağlı) Bu detallar, Tramp rəhbərliyini, Səudiyyə Ərəbistanının etdiklərinə qarşı sərt tədbirlər görməyi rədd etməyə sövq edən şeyin həqiqətdə nə olduğuna dair sualları artırır” deyə bildirib.
Jared Kuşnerın niyə silah satışı rəqəmlərini şişirtdiyinin ortaya çıxarılması lazım olduğunu vurğulayan Cicilline, "Konqres, bu məsələni dərindən araşdırıb, Ər-Riyad ilə əlaqələrimizi nəzərdən keçirərək Səudiyyə rejiminə daha sərt sanksiyaların tətbiq olunması üçün çalışmalıdır və Səudiyyə Ərəbistanının Yəməndə böyük bir humanitar böhrana yol açan aksiyalarına dəstəyi kəsməlidir" deyə çağırış edib.
Müxalifət.az