Trampdan keşiş Brunson açıqlaması

Baxış sayı:
3475

ABŞ prezidenti Donald Tramp daxili siyasətdə olduqca sıxılmış vəziyyətdədir. Keşiş Brunson üzərindən müavini Mayk Pens ilə daim Türkiyəni təhdid edən və sanksiya qərarı alan ABŞ prezidenti, bu gün Ağ Evdə Evangelist lideri və həyat yoldaşlarına ziyafət verib. Tramp bu yeməkdə, terror təşkilatları PKK ilə FETÖ adına cinayət törətdiyi və casusluq etdiyi iddiasıyla həbs olunan və hazırda İzmirdə ev həbsində olan Brunsonla bağlı yeni bir açıqlama verib.
 
Brunsonu geri gətirməyə çalışdıqlarını deyən Tramp, bunun üçün atılan addımlardan bəhs edib. "Keşiş Brunsonın sərbəst qalması üçün savaşırıq" ifadəsini işlədən Tramp, bu sözlərdən sonra sürəkli alqışlanıb. Digər bir güclü alqış isə ABŞ-ın İsrail səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı çıxışı zamanı olub.
Ağ Evdə keçirilən ziyafətdə Mayk Pensdən başqa, xanımı Melania Tramp da iştirak edib.
Müxalifət.az