Tramp və Netanyahunun oxşarlığı: Yəhudi professor açıqladı

Baxış sayı:
24013

 ABŞ-da yaşayan məşhur Yəhudi professor Norman Finkelstein İsrailin baş naziri Netanyahunun Yəhudi irqçi, zərərli bir siyasətçi olduğunu və İsraillilərin düşüncə tərzini əks etdirdiyini bildirib.
 
Professor Finkelstein, "Binyamin Netanyahu zərərli, irqçi və Yəhudi üstünlükçüsüdür. Bu zərərli, irqçi və Yəhudi üstünlükçü xüsusiyyətləri də tamamilə İsrail xalqını təmsil edir" deyə söyləyib.
İsrail xalqının Netanyahuya verdiyi dəstəyə toxunan Finkelstein bunları bildirib:
“Haqqında onu hər an hakimiyyətdən salacağı deyilən, amma heç cür salmayan qalmaqallar olmasına baxmayaraq onu təkrar-təkrar seçmələrinin səbəbi Netanyahuda özlərini görməsidir. Onun düşüncə tərzinə səs verirlər. Mentalitet deyirəm, qiymət demirəm. Çünki Netanyahunun bir dəyərə malik olduğunu düşünmürlər. Onun ərəbləri və Müsəlmanları kiçik görməsini sevirlər".
Norman Finkelstein siyasi həqiqət adına ümumiləşdirmələrdən çəkinməyəcəyini və Netanyahuya məxsus ayırıcı bir mentalitetin İsrail xalqında da mövcud olduğuna işarə edib.
 
 
İkisi də divarları sevir
 
 ABŞ prezidenti Donald Tramp ilə Netanyahunun arasının yaxşı olduğunu bildirən Finkelstein, iki liderin bir-birinə yaxınlığının oxşarlıqlarından qaynaqlandığını dilə gətirib.
Finkelstein, "İkisi də divarları sevir. Tramp Meksikalıları buraxmamaq üçün cənub sərhədimizdə bir divar inşa etmək istəyərkən, Netanyahu da ərəbləri kənarda saxlamaq üçün divar hörür. İkisi də qaralara nifrət edir" deyib.
Binyamin Natenyahunun keçmiş ABŞ prezidenti Barak Obamaya İrana qarşı ABŞ siyasətinin necə olması mövzusunda dərs verməyə çalışdığını bildirən Finkelstein, İsrail baş nazirinin bu cürəti Amerikanın hər hansı bir "ağ prezidentinə" göstərməyəcəyini ifadə edib.
Norman Finkelstein Natenyahunun həyatının böyük bir hissəsini ABŞ-da keçirdiyini və yaşadığı bölgələrdə qara dərililərə nifrət etdiyini bildirərək, "Bu dəyər deyil, bir mentalitetdir. Buna müxtəlif adlar verilə bilər, bəziləri buna Nasist mentaliteti deyir, başqaları faşist mentalitet deyir, daha başqaları da ağ irqçi mentaliteti deyir" deyib.
Müxalifət.az