Tramp Ukraynadan 500 milyard dollarlıq ərazi istəyir - "ONLAR BUNUNLA RAZILAŞIBLAR"

Baxış sayı:
1896

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə qalmaqallı açıqlamalar verib.

“Fox News” telekanalına müsahibəsində Ağ Evin indiki sahibi onu Ukraynanın taleyinin yox, ABŞ-nin bu ölkəyə qoyduğu pullar maraqlandırdığını deyib.

Tramp qeyd edib ki, onun üçün ən vacib olanı Ukraynaya xərclənən pulları geri qaytarmaqdır: “Biz yüz milyardlarla dollar xərcləyirik. Onlar (ukraynalılar) sövdələşə bilər, sövdələşməyə də bilər. Bir gün onlar (söhbət Ukraynadan gedir) Rusiyaya çevrilə də, çevrilməyə də bilər, amma bizim pulumuz oradadır və mən onu geri istəyirəm. Mən artıq onlara dedim ki, təxminən 500 milyard dollar dəyərində nadir torpaq metalları ekvivalentini istəyirəm. Və onlar artıq bununla razılaşıblar, ona görə də ən azı özümüzü axmaq kimi hiss etmirik".

Qeyd edək ki, bundan əvvəl Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqun yaxın həftələrdə müharibəyə son qoymağın bir neçə variantını açıqlamağı planlaşdırdığı bildirilib./azpolitika