Tramp üçün yeni təyyarə hazırlanacaq – Foto

Baxış sayı:
10180

Amerikanın “Boeing” korporasiyası Prezident Donald Tramp və xələfi üçün yeni təyyarələrin hazırlanması barədə sifariş alıb. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb. Xəbərə əsasan, ABŞ Hərbi Hava Qüvvələri ilə bağlanmış müqavilənin icrasına 2019-cu ildən başlanılacaq. Yeni təyyarələr 2024-cü ildə təhvil veriləcək. Prezident administrasiyası ilə 1,5 il davam edən danışıqlardan sonra şirkət qiymətdə 1 milyard dollar endirim edib. Şirkətə yekun olaraq iki təyyarə üçün 3,6 milyard dollar ödəniləcək. Ağ Evin aviaparkı “Boeing 747-200B” (1987-ci il) əsasında hazırlanmış 2 təyyarədən və çox sayda “Sikorsky Sh-3 Sea King” (1974-cü il) və “Sikorsky White Hawk” (1989-cu il) helikopterlərindən ibarətdir. Sözügedən texnikalar köhnəldiyi üçün onların yenilənməsi nəzərdə tutulub.