​Tramp Ruhani ilə görüşəcəkmi?

Baxış sayı:
4528

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Sanders Donald Trampla iranlı həmkarı Həsən Ruhaninin birbaşa danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı yayılan məlumatları şərh etməkdən imtina edib.
Muxalifet.az xəbər verir ki, Sanders detalları xüsusilə media ilə bölüşməyəcəyini bəyan edib.
“Bütün bunlara prezident qərar verəcək. Prezidentin əsas hədəfi nüvə silahının İranın əlinə keçməsinin qarşısını almaqdır”, - deyə vurğulayıb.