Tramp-Putin görüşündən sonra diqqət çəkən açıqlama

Baxış sayı:
10585

ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin ilə apardığı danışığı tənqid edənləri Putin ilə yaxşı geçinməsini istəməyən "düşmənlər" kimi səciyyələndirib.
 
Tramp, Twitter hesabında Finlandiyanın paytaxtı Helsinkidə keçirilən zirvə görüşünə dair, "Putin ilə çoxsaylı mühüm məsələni müzakirə etdik. Yaxşı başa düşürük ki, bu boks oyununu görmək istəyən bir çox düşmənin həqiqətən canını sıxdı" delə. Qeyd edib.
ABŞ prezidenti, zirvə görüşünün böyük nəticələr doğuracağını da deyib.
Tramp, digər bir mesajında isə Rusiyanın Şimali Koreya məsələsində yardım etməyi qəbul etdiyini və prosesin getdiyini bildirib.
“Tələsmək lazım deyil, sanksiyalar davam edir" deyən Tramp, prosesin sonunda Şimali Koreya üçün "həyəcan verici bir gələcəyin və böyük maraqların" söz mövzusu olduğunu bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp Rusiya prezidenti Putin ilə keçirdiyi görüşdən sonra ciddi tənqid olunmuş, hətta Amerikalı rəsmilər ou xəyanətkar belə adlandırmışdı.
Müxalifət.az