Tramp CNN-i bitirmək istəyir

Baxış sayı:
4849

CNN-i yalan xəbər mediası adlandıraraq savaş açan ABŞ prezidenti Donald Tramp yeni bir beynəlxalq xəbər kanalı şəbəkəsi yaratma siqnalı verib.
 
Bu yöndə Twitter hesabından yaylım atəşi açan Tramp CNN-in ABŞ-da reytinqlərinin aşağı olduğunu, lakin ABŞ-dan kənara çıxanda rəqibi olmadığını bildirib.
 
“CNN DÜNYAYA ABŞ-ı YANLIŞ ƏKS ETDİRİR"
 
“CNN-nin dünya miqyasında ABŞ-ı ədalətsiz və yanlış şəkildə təsvir edən güclü səsi var" deyə ittiham edən Tramp, belə davam edib:
“Bir şeylər görmək lazımdır, buna biz ABŞ olaraq öz Dünya Miqyasında Şəbəkəmizi başlamağımız da daxildir ki, dünyaya göstərək həqiqətdə necə olduğumuzu, MÖHTƏŞƏM"!

Müxalifət.az