Tramp Avropanın qazla təminatına söz verib

ABŞ Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazırdır
 
ABŞ Polşa və Avropanın digər ölkələrinə enerji mənbələrinin diversifikasiyasında yardım etməyə hazırdır.
Rusiya KİV xəbər verir ki, bu barədə ABŞ Prezident Donald Tramp Varşavada Polşa dövlət başçısı Anjey Duda ilə görüşündə bildirib.
D.Tramp qeyd edib ki, maye təbii qazın (LNG) iyunun əvvəlində ABŞ-dan Polşaya baş tutan ilk çatdırılma prosesindən məmnun qalıb.
Dövlət başçısı ABŞ tərəfinin yeni analoji sazişlər imzalamağa hazır olduğunu bildirib.