Traktorla yük avtomobili toqquşdu: ölən var
28-11-2018 13:07
Baxış sayı:
3766

Sabirabadda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, noyabrın 27-də saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində kənd sakini Ramiz Abdullayevin idarə etdiyi “Belarus” markalı traktorla İmişli rayon sakini Elşən Məmmədovun idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili toqquşub. Nəticədə R.Abdullayevin sərnişini, oğlu Rasət hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.