Toyda kütləvi dava - 3 nəfər xəsarət aldı
28-08-2018 16:53
Baxış sayı:
3967

Göygöldə toyda kütləvi dava olub.
Belə ki, rayon ərazisində keçirilən toy mərasimlərinin birində baş verən hadisə zamanı Daşkəsən sakinləri – 40 yaşlı Zülfəli Məmmədov, qardaşı 42 yaşlı Fazil Məmmədov və 33 yaşlı Sərvər Hüseynov xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə göndəriliblər. Fazil Məmmədov və Sərvər Hüseynov tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Zülfəli Məmmədovun vəziyyəti orta-ağır olduğundan stasionar müalicə təyin edilib. Faktla bağlı araşdırma aparılır.